`Günəşli` yatağı hələ də yanır — SON MƏLUMAT


15:29     11 Yanvar 2016 images-cms-image-000015550.jpg

“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi axtarışlar aparır.


Bu barədə Femida.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, axtarışlar bir nəticə verməyib. Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi yanğın ərazisində monitorinq aparır.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1929